2025-ci ilin aprel ayına qədər dünya üzrə dollar milyarderlərinin sayı ötən illə müqayisədə 287 nəfər artıb.
Musavat.com xəbər verir ki, bu barədə "İnterfaks" İsveçrənin UBS bankının araşdırmasına istinadən məlumat yayıb.
Bu il dünya üzrə dollar milyarderlərinin sayındakı artım, 416 yeni milyarderin meydana çıxdığı 2021-ci il istisna olmaqla, rekord göstəricidir.
Yeni milyarderlər arasında 91 nəfər var-dövlətini miras yoluyla əldə edib ki, onların ümumi sərvəti 298 milyard dollar təşkil edir. İsveçrə bankının proqnozlarına görə, milyarderlər yaxın 15 il ərzində varislərinə ən azı 5,9 trilyon dollar keçəcəklər.
Hazırda dünyada 2 919 milyarder fəaliyyət göstərir, onların 2 545-i kişi, 374-ü isə qadındır. Onların ümumi sərvəti son bir ildə 13% artaraq 15,8 trilyon dollara çatıb. ABŞ-dakı dollar milyarderlərinin aktivləri 18% artaraq 6,9 trilyon dollara yüksəlib, ölkədə milyarder sayı isə 89 nəfər artaraq 924-ə çatıb, bu, dünyadakı milyarderlərin təxminən üçdə birinə bərabərdir. Son bir ildə siyahıya 109 yeni ad əlavə olunub, 18 nəfər isə vəfat edib və ya sərvətini itirib.
Asiya-Sakit okean regionu ümumi sərvətinə görə 4,2 trilyon dollarla (+11,1%) ikinci, Avropa, Yaxın Şərq və Afrika isə 4,1 trilyon dollarla (+10,4%) üçüncü yerdədir.
Musavat.com






