İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanı təşvişə saldı - Ard-arda 10 raket atdı

1542 10.12.2025 07:50 Dünya A A

Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbçiləri dekabrın 9-da təlimlər çərçivəsində reaktiv yaylım atəşi sistemlərindən (MLRS) təxminən 10 raket buraxıblar.

Musavat.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin zabitinə istinadən məlumat yayıb.

Bildirilir ki, KXDR ordusu raket sistemlərindən Sarı dənizə doğru 240 mm-lik 10 MLRS raketi atıb.

Məlumata görə, bu, planlı hərbi təlimlərin bir hissəsi ola bilər.

Agentlik vurğulayır ki, Koreya Xalq Ordusu adətən dekabr ayından başlayaraq qış təlimləri keçirir.

Xatırladaq ki, bundan əvvəl KXDR-də MLRS-dən raket buraxılışları barədə noyabrın əvvəlində, Pentaqonun rəhbəri Pit Heqsetin KXDR ilə Cənubi Koreya sərhədində yerləşən demilitarizasiya zonasına səfəri zamanı məlumat verilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR