İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən yaxşı 100 yeməyi AÇIQLANDI - SİYAHI

4451 26.11.2025 12:10 Maraqlı A A

Nüfuzlu qastronomiya platformalarından biri olan "TasteAtlas" çoxdan gözlənilən "Dünyanın ən yaxşı 100 yeməyi" siyahısını açıqlayıb.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, siyahıda çökertmə kababı 7-ci, cağ kababı isə 9-cu yeri tutaraq ilk 10-luğa daxil olan ilk iki türk yeməyi oldu.

Ümumilikdə isə 7 türk ləzzəti siyahıda yer alıb.

11 mindən çox yeməyin 367 mindən artıq səs əsasında qiymətləndirildiyi siyahının zirvəsində Kolumbiya mətbəxinin bayram yeməyi lechona qərarlaşıb. Onu Neapol mətbəxinin simvolu pizza napoletana və Braziliyanın məşhur yeməyi picanha izləyib.

Bodrumun çökertmə kababı və Ərzurumun cağ kababı isə ilk 10-a daxil olaraq qlobal ləzzət səhnəsində önəmli yer tutub.

İlk 100-lük siyahıda həmçinin İskəndər kababı, kuzu şiş, Adana kababı, hünkar bəyəndi və ıslama köftə də yer alıb.

"TasteAtlas"ın bu ilki siyahısında ilk 10-a iki yeməklə daxil olan yeganə ölkə Türkiyə olub.

Son illərdə Türk mətbəxindən lahmacun, paklava, dönər və müxtəlif məzələr də beynəlxalq siyahılarda yer almağa başlayıb. 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR