İnsanlara hürriyət, millətlərə istiqlal!

Eks-prezidentin edam edilməsi tələb olundu

4064 13.01.2026 18:23 Dünya A A

Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok-yol 2024-cü ilin dekabr ayında hərbi vəziyyət elan etdiyinə və konstitusiyanı pozmağa cəhd göstərdiyinə görə edam cəzası tələbi ilə üzləşib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Seulun mərkəzi rayon məhkəməsində keçirilən son iclasda xüsusi prokuror Ço Eun-syokun komandası tərəfindən ona edam cəzası tələb edilib. Yun Sok-yolun iş üzrə daha yeddi təqsirləndirilən şəxs var.

Əvvəlki iclas, işdə adı çəkilən keçmiş müdafiə naziri Kim Yonq-hyunun vəkillərinin sənədli sübutları təxminən səkkiz saat araşdırdığı bir vaxtda dayandırılıb.

Yun Sok-yol vəzifədə olarkən həbs edilən ilk Cənubi Koreya prezidenti olub. Müstəntiqlər onun keçmiş müdafiə naziri və digərləri ilə əlbir olaraq konstitusiya quruluşunu pozmaq məqsədi ilə qiyam təşkil etdiyinə inanırlar.

Xatırladaq ki, 3 dekabr 2024-cü ildə Yun Sok-yol ölkədə hərbi vəziyyət elan edib və "prinsipsiz Şimali Koreya tərəfdarı olan dövlət əleyhinə qüvvələrlə" qarşılaşmağın zəruriliyini bildirib. Bu, Şimali Koreya ilə dialoqu müdafiə edən müxalifətdəki “Toburo” partiyası üçün mühafizəkar termindir. Milli Assambleya bu qərarı ləğv edib və Yun Sok-yolu vəzifəsindən uzaqlaşdırıb.

Cənubi Koreyada ölüm hökmü sonuncu dəfə 1997-ci ilin dekabrında tətbiq edilib.

Eks-prezidentin işində hərbi vəziyyət elan edilməsi ilə bağlı yeni ittihamlar əvvəllər bildirilmişdi. Əlavə ittihamlara "düşmənə kömək etmək" - Şimali Koreyaya dronların göndərilməsi iddiası daxildir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR