İnsanlara hürriyət, millətlərə istiqlal!

Elşad Xose nədə ittiham olunur?

841 08.01.2026 14:16 Şou-biznes A A

Xəbər verdiyimiz kimi, məşhur reper Elşad Xose həbs edilib.

Musavat.com xəbər verir ki, 1979-cu il təvəllüdlü Əliyev Elşad Nazim oğlu İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs olunub. Buna səbəb Elşad Xosenin Yasamal rayonu, Ş.Qurbanov küçəsində ünvansız nalayiq ifadələr işlətməsi olub.

Reper həbsdən azad olunması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Məhkəmədə Elşad Xose ailəli, ictimai xadim olduğunu və müalicə aldığını qeyd edərək köməklik olunmasını edib.

Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Elşad Xose tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

Musavat.com xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq – yəni ictimai qaydanı pozan, lakin zor tətbiqi, əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmayan hərəkətlərə görə 50 manatdan 100 manatadək cərimə və ya 15 günədək inzibati həbs nəzərdə tutulur.

535.1-ci maddəyə görə isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi zamanı verdiyi qanuni tələblərə qəsdən tabe olunmadıqda, fiziki şəxslər 200 manat məbləğində cərimə edilir və ya bir ayadək inzibati həbs tətbiq oluna bilər.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR