İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Hüseynov: Ağdam və Füzuli sanki mövcud olmayıbmış kimi yerlə-yeksan edilmişdi

428 22.05.2026 12:22 Siyasət A A

Ümumilikdə 13 min 600 kvadratkilometr ərazi 30 illik işğaldan sonra azad olunub.

Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.

"Bunun 2 min 700 kvadratkilometri Füzuli, Xocavənd və Ağdam rayonlarının payına düşür. Bu ərazilər, yəqin ki, azad edilmiş torpaqlar arasında ən sıx məskunlaşmış bölgələrdir", - o əlavə edib.

Xüsusi nümayəndənin sözlərinə görə, Ağdam və Füzuli Qarabağ və Şərqi Zəngəzur bölgəsində həm əhali sayına, həm ərazi baxımından, həm də iqtisadi fəaliyyətinə görə ən böyük rayonlardır:

"Eyni zamanda, onlar ən çox dağıdılmış, tamamilə vandalizmə məruz qalmış şəhərlər idi. Bölgənin ən böyük şəhərləri olan Ağdam və Füzuli sanki ümumiyyətlə mövcud olmayıbmış kimi yerlə-yeksan edilmişdi".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR