İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Hüseynov Sara Paulsvortun əri, yoxsa xəfiyyəsidir?

3376 16.02.2026 15:55 Son xəbər A A

Emin Hüseynov ixtisasca jurnalist deyil,  iqtisadçıdır. Media sahəsində çalışmaq üçün yarı-leqal fəaliyyət göstərən “Bakı Jurnalistika Məktəbi”ndə (BJM) 3 aylıq kurs keçib. Necə deyərlər, mayası da burada koralanıb. 

Məlumat üçün qeyd edək ki, BJM bədnam GİPA-Soros platforması üçün “milli auditoriya” formalaşdıran  partnyorlardan  biridir.  Azərbaycan KİV-lərində dərc edilmiş  “OC media və GİPA Qərb kəşfiyyatının Cənubi Qafqazda kadr labaratoriyasıdır” adlı məqalədə bu barədə bilgi verilib (https://qafqazinfo.az/news/detail/jamnews-kime-xidmet-edir-429120?fbclid=IwAR2sorm9a9SYiSeF3yqsXicqR8WGp8KvYInI_QpHpyrM0mUz3qLipEUdHbg).

Niyə ifrat sağçıların milyarder George Sorosdan zəhləsi gedir? - BBC News  Azərbaycanca

Bakı Jurnalistika Məktəbinin direktor müavini və əslində, faktiki rəhbəri olan  Ülvi Tahirov  2024-cü ilin dekabrında  "Meydan TV" işi ilə bağlı sorğuya cəlb edilib. O, “qrant qaçaqmalçılığı”nda şübhəli bilinərək saxlanılıb. Təkcə Ülvi Tahirov deyil, BJM-in məzunu olan və ayrı-ayrı “media şəbəkələri”ndə- “Abzas Media”, “Toplum TV”, “Meydan TV”-də  çalışan şəxslər də Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə  (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) şübhəli bilinərək saxlanılıblar

( https://report.az/hadise/meydan-tv-isi-uzre-saxlanilan-ramin-dekonun-hebs-muddeti-uzadilib).

Turan" İnformasiya Agentliyi fəaliyyətini DAYANDIRIR

Emin Hüseynov praktik jurnalistikaya  “Turan” İnformasiya Agentliyində (2002-2006-cı illər)  başlayıb.  “Turan” həmin dövrdə  “3 aylıq kurslarda jurnalistikanı yarımçıq və yanlış öyrənən”, anti-milli ruhda yetişdirilən  məzunlar üçün əlverişli platforma olub. Çünki, xaricdən Azərbaycana qarşı yönləndirilən  informasiya təxribatları böyük mənada bu agentliyin ofisindən koordinasiya edilib. Ölkəmizə qarşı sistemli şəkildə qarayaxma kampaniyaları aparan “Amerikanın səsi” radiosunun Bakı təmsilçisi, “Sərhədsiz Reportyorlar” təşkilatının Azərbaycan üzrə koordinatoru, Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) yerli müxbiri paralel şəkildə həm də “Turan” İnformasiya Agentliyində vəzifə tutublar; bu agentlikdə direktor müavini, şöbə müdiri, əməkdaş olublar.

Bu kontekstdə yanaşsaq, Emin Hüseynovun “Turan” İnformasiya Agentliyinə gəlişi onlar üçün göydəndüşmə fürsətə çevrilib. Çünki,  jurnalistika prinsiplərindən, milli düşüncədən və ləyaqətdən uzaq  olan şəxsləri istənilən  qanunsuz fəaliyyətə sövq etmək asandır. Agentlik rəhbərliyi də məhz belə davranıb, uzun müddət ərzində planlaşdırdığı daha bir anti-milli layihəni Emin Hüseynovun üzərindən gerçəkləşdirib. Gənc və təcrübəsiz müxbir  “Turan” İnformasiya Agentliyinin “xarici əlaqələr” bölməsinin əməkdaşı olan  Sara Paulsvortun  (Sarah Paulsworth ) kurasiyasına verilib.

Məlumat üçün qeyd edək ki,  Sarah Paulsvort  NATO-nun  Avropa qanadında hüquqşünas kimi çalışıb, Mərkəzi Kəşfiyyat İdarəsinin təsirində olub. Azərbaycana isə  keçmiş “Sülh Korpusu” ( Peace Corps ) proqramının könüllüsü (valantyor) kimi gəlib.

AbzasMedia - ABŞ Konqresi vergilər barədə qanun layihəsini qəbul edib

“Sülh Korpusu”  (SK) Amerika Birləşmiş Ştatlarının xüsusi  proqramıdır . 1961-ci ilin mart ayında Prezident Con F. Kennedinin sərəncamı  ilə yaradılıb. Növbəti ildə isə ABŞ Konqresinin qanunu ilə səlahiyyətləndirilib ( https://en.wikipedia.org/wiki/Peace_Corps  ).  Təqribən 325 milyon ABŞ dolları həcmində büdcəyə malik olan SK-nın  fəaliyyəti 2000-ci illərdə USAİD-lə əlaqələndirilib.

“Sülh Korpusu”nun rəsmi bəyannaməsində qeyd edilir ki, o, təhsil, səhiyyə, sahibkarlıq sahəsində liderlərin yetişdirilməsi, qadınların ictimai-siyasi həyata inteqrasiyası və digər bu kimi sahələrə dəstək verməklə məşğuldur. Bu missiyanı yerinə yetirmək üçün  “könüllülər” qrupu yetişdirir və onları  xüsusi proqramlarla inkişaf etməkdə olan ölkələrə göndərir. Faktlar sübut edir ki, ABŞ kəsfiyyatı bu ad altında hədəf ölkələrdə cəmiyyətin iç qatlarına, bütün icmalara nüfuz etmək üçün faydalanıb. Xüsusilə, hər bir ölkədə  etnik azlıqların məskun olduqları bölgələrə yönəliblər. Hədəf ölkələr üçün “etnik azlıqların hüquq pozuntuları” qismində  təhdid ocaqları formalaşdırıblar.

Qaydaya görə, “Sülh Korpusu” üzvləri ezam edildikləri ölkələrdə 2  il müddətində xidmət edirlər. Bu müddət bitdikdən sonra fərqli proqramlara transfer etməlidirlər. Öz “təcrübələrini” digər sahələrdə tətbiq edərək, milli hökumətlər üçün əlavə təhdid ocaqları formalaşdırmalıdırlar. Sarah Paulsvort  da bu şablonu tətbiq edib. “Sülh Korpusu”nda missiyasını tamamladıqdan sonra  “Turan” İnformasiya Agentliyinin “xarici əlaqələr” bölməsində işə düzəlib, ölkəmizdə fəaliyyətini davam etdirib.

Onun əsas missiyası  “insan haqları”, “media azadlığı”, “seçki hüququ” kimi mövzular üzrə problemli kontent formalaşdırmaq, xaricdən Azərbaycana qarşı yönələn informasiya təxribatları üçün zəmin yaratmaq olub. İnstitutsional formada işini Repartyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) üzərindən qurub. O, RATİ-nin əməkdaşı deyil, təşkilatın ideya müəllifi və qurucularından biridir. Bu şəbəkə RATİ-ni simvolik olaraq Emin Heseynovun adına təsis ediblər. İşlərini qaranta almaq,  Emin Hüseynovu nəzarətdə saxlamaq, həmçinin, Paulsvortun Azərbaycanda yaşayışını legitimləşdirmək üçün  Emin Hüseynovu ona həm də  “ər təyin ediblər”. Bilərəkdən, ya bilməyərkdən, Emin Hüseynov bu ssenaridə həmin ləyaqətsiz rolu qəbul edib. 

Yeri gəlmişkən qeyd edək ki, xarici kəşfiyyat  təmsilçilərinin  ayrı-ayrı ölkələrdə yerləşdirilməsi üçün “ər-arvad oyunu” təcrübəsindən geniş istifadə edilib. Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarında koordinatorlardan biri  olmuş  Rebeka Vinsent də ölkəmizə bu yolla daxil edilib. Onun Azərbaycandakı fəaliyyəti BP-də çalışan əməkdaşın “həyat yoldaşı” kimi legitimləşdirilib. Sonradan onun kəşfiyyatçı olduğu, burada yaşayıb ictimai-siyasi sektora nüfuz etdiyi, “radikal müxalifət” düşərgəsini xariclə əlaqələndirənlərdən biri olduğu üzə çıxıb.

Rebeka Vinsent əlamətdar ərəfələrdə Azərbaycanı hədəfləmək adətini yenidən  işə saldı - Baki-Xeber.com

Rebeka Vinsent RATİ, “Sərhədsiz Repartyor”lar, “ARTİCL-19” və digər  təşkilatların anti-Azərbaycan kampaniyalarını koordinasiya edən şəxslərdən biri olub. 2012-ci ildə “Avroviziya mahnı müsabiqəsi” keçirilən zaman “Azərbaycan üzrə beynəlxalq əməkdaşlıq qrupu”nu  formalaşdırıb. 80-dən çox “milli” və beynəlxalq QHT-ni, KİV-i  vahid platforma ətrafında birləşdirərək Avroviziyanın Azərbaycanda keçirilməsinə qarşı “Demokratiya üçün oxu” kampaniyasını  aparıb. Bu musiqi yarışına görə beynəlxalq diqqətin ölkəmiz üzərində cəmləşməsini fürsət bilib, dövlətimizə qarşı əks-kampaniya aparıb.

Sarah Paulsvort  da Vinsent kimi eyni metoddan yararlanıb, Emin Hüseynovdan ər düzəldərək, planlarını icra edib. O,  Rebeka Vinsentlə birgə 2012-ci ildə  “Azərbaycan üzrə beynəlxalq əməkdaşlıq qrupu”nu  koordinasiya edən şəxslərdən olub.  

RATİ geniş  ictimaiyyətə 2006-cı ildə “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev tərəfindən təqdim edilib. Həmin vaxt AXCP-nin qanunsuz zəbt etdiyi “Xəqani-33” ünvanının boşaldılması üçün təşəbbüs var idi. Partiyanın media qolu olan  “Azadlıq” qəzeti ictimai diqqəti bu qanunsuz zəbtdən yayındırmaq, AXCP-nin əməllərini pərdələmək üçün kampaniya keçirirdi. Ofisin “Xəqani-33”-dən digər ofisə köçürülməsi təklifini “söz azadlığının boğulması” kimi qələmə verirdi. Qarayaxma kampaniyası keçirməklə ünvanın zəbti mövzusunu gündəmdən çıxarmağa çalışırdı. “Turan” İnformasiya Agentliyi bu kampaniyanı da fürsətə çevirərək, onun beynəlxalq platformalara çıxışını  təmin edirdi. “Sərhədsiz Repartyorlar”, “Amerikanın səsi” və digərləri üzərindən ölkəmizə qarşı basqını təmin edirdi. Mehman Əliyev prosesin daha effektiv idarə edilməsi üçün “yeni yaradılmış RATİ-yə” səlahiyyət verilməsini istədi və bunun üçün “Redaktorlar Birliyi”nə müraciət ünvanladı. Beləliklə, RATİ  Emin Hüseynovun simasında təcəlli etdi. Sarah Paulsvort  isə mübhəm saxlanıldı.

Emin Azərbaycanı tərk edərkən nə baş verib? | KONKRET

2007-ci ildə Bakıda keçirilən Söz Azadlığı Konfransında iştirak etmək üçün AVCİA-nın dəvəti ilə Bakıya gəlmiş  Beynəlxalq Mətbuat İnstitutunun rəhbəri Yohan Fritz və BJF baş katibi  Aydan Uayt gözlənilməz situasiya ilə üzləşmişdilər. RATİ sədri Emin Hüseynov onların məruzəsinə yanlış faktın düşməsini təşkil etmişdi. Belə ki, Azərbaycana qarşı təxribatçı fəaliyyət göstərən İranın “Səhər” kanalının Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən çəkiliş qrupunu sürücüsünün adını “həbs olunmuş jurnalistlər” siyahısında göstərmişdi.

Ovaxt RATİ və onun kimi təşkilatların qarşısına Qərb institutları tərəfindən belə bir vəzifə qoyulmuşdu ki, Azərbaycanda həbsdə olan jurnalistlərin siyahısında azı 10 şəxsin adını çəkilsin. RATİ də siyahını şişirtmək üçün fəaliyyət sferasından asılı olmayaraq, kimi gəldi o siyahıya daxil etmişdi. Yohan Fritz həbsdə olan sürücünün adını  jurnalist kimi Konfransda səsləndirəndə, etirazla qarşılaşdı, çıxılmaz duruma düşdü. Hər iki qonaq RATİ ofisinə getdilər, Emin Hüseynovdan hesab sordular. Həmin anda qarşılarına Emin Hüseynov deyil, Sarah Paulsvort  çıxdı. Özünü RATİ-nin gerçək sahibi kimi təqdim etdi. Eminin təcrübəsiz olduğunu, siyahıları qarşıq saldığını bildirib, üzr istədi. Beləliklə, Sarah Paulsvort  faktoru ortaya çıxdı. Daha sonra Sarah beynəlxalq platformalarda göründü, RATİ adından məruzə etdi. Məsələn, 2015-ci ildə ABŞ Konqresində “Təqiblərlə üzləşən Azərbaycan jurnalistləri”  mövzusunda çıxış et. “Həmin jurnalistlərin hüquqlarının müdafiəsi üçün” ABŞ səfirliyindən RATİ-yə yüksək məbləğdə “qrant vəsaiti” ayrılması üçün çalışdı.

7 examples of superb watchdog journalism

Bu tip faktlar sübut etdi ki,  RATİ-nin gerçək sahibi kimdir. Bəlli oldu ki, Emin Hüseynov  nə legitim təşkilat sədri, nə müstəqil jurnalist, nə də  ləyaqətli ər  deyil. O, ruhunu, cismini, fəaliyyətini  agent qadınların insafına buraxmış zavallının biridir. 

2015-ci ildə cinayətkar fəaliyyətləri hüquqi müstəvidə sübuta yetiriləndə Emin istintaqdan yayındı. İsveçrə səfirliyinə sığındı. Yekunda İsveçrə höküməti Eminin vergi borcunu ödəyərək onu himayəsinə aldı. O, Azərbaycan vətəndaşlığından imtina edib və İsveçrə höküməti qarşısında öhdəlik götürdüb.

Xaricə köç etdikdən sonra Emin Hüseynov  Sara Paulsvort və onun kimi agentlərin ssenarisində yenə rol alır.  Amma daha ləyaqətsiz, daha iyrənc obrazları canlandırır. Məsələn, bir zamanlar “RATİ sədri” qismində bəyənatlar verən bu şəxsə indi güdükçü vəzifəsi həvalə edilib. Avropa Şurası ofisinin, yaxud, Münhen Təhlükəsizlik Konfransının keçirildiyi binanın qapısın saatlarla dayanır, qapı pusur, içəridən çıxanların üzərinə qəfil yürüyür, skandal yaradıb hansısa bəyəndatlar səsləndirmək üçün zəmin formalaşdırmağa çalışr.  Diqqət yetirmisinizsə, Emin Hüseynov indi özünü RATİ sədri deyil, “müstəqil jurnalist” adlandırır. Görünür, “jurnalistlə” “qapı güdənin” fərqini bilmir.

Media nəzəriyyəsində “watchdog journalism” termini var. Azərbaycan dilində “nəzarətçi it” kimi tərcümə edilir və medianın hakimiyyət, dövlət qurumları, böyük şirkətlər,  güc mərkəzləri üzərində ictimai nəzarət funksiyasını ehtiva edir.  Yəni, bu termində  media cəmiyyətin  adından “keşik çəkən”, pozuntuları aşkar və ifşa edən” subyekt kimi təqdim olunur. Belə çıxır ki, Emin Hüseynov  “watchdog” termini ilə  “qapı iti” terminini qarışdırıb.

Cavanşir Abbaslı,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR