Müğənni Rəvan Qarayev şəxsi həyatı ilə bağlı açıqlaması ilə diqqət çəkib.
Sənətçi əvvəlki evliliyinin sona çatmasından danışaraq ayrılığın ciddi problemlər səbəbindən baş verdiyini bildirib. O qeyd edib ki, bütün bunlara baxmayaraq keçmiş həyat yoldaşı ilə münasibətləri normal olaraq qalır.
Rəvan Qarayev kin saxlamadığını vurğulayaraq, hazırda qarşı tərəflə sağlam ünsiyyət qurduqlarını deyib.
Üç dəfə ailə həyatı quran müğənni hazırkı evliliyinə xüsusi önəm verdiyini də qeyd edib. O, bu dəfə seçimini daha düşünülmüş şəkildə etdiyini və bunun həyatındakı son evlilik olacağını düşündüyünü və buna əmin olduğunu bildirib.
Sənətçinin "Üçüncü dəfə seçim etdim və düşünürəm ki, bu artıq son evliliyimdir" məzmunlu fikirləri sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər arasında müzakirələrə səbəb olub./milli.az/






