İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan dünyaya səsləndi: “Bu dəlilik qarşısında Türkiyə var”

2332 15.03.2026 00:47 Dünya A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda davam edən hücumlarla bağlı kəskin bəyanatla çıxış edib. Musavat.com xəbər verir ki, dövlət başçısı Qəzzada baş verənlərin oxşarının İran və Livanda da müşahidə olunduğunu bildirib.

Ərdoğan vurğulayıb ki, “gözünü qan bürümüş bir şəbəkə” Qəzzada olduğu kimi İran və Livanda da məktəbləri və xəstəxanaları hədəfə almağa davam edir. Onun sözlərinə görə, mülki obyektlərin və dinc insanların vurulması insanlığa qarşı ağır cinayətdir.

Türkiyə lideri bildirib ki, belə bir dəlilik və nəzarətsiz zorakılıq qarşısında insanı və humanitar dəyərləri müdafiə edən ölkələrin önündə Türkiyə dayanır. Ərdoğan qeyd edib ki, Ankara böhranların həllində sağlam düşüncəni, dialoqu və diplomatiyanı əsas yol hesab edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR