İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspertlər Bakıda - Vətəndaşlarımız razı yoxsa narazıdır?

1330 21.11.2025 19:30 Gündəm A A

Məlum olduğu kimi bu gün erməni ekspertlərdən ibarət nümayəndə heyəti Bakıya səfər edib. Onu da əlavə edək ki, Ermənistan hökuməti noyabrın 21-25-də Bakıda keçiriləcək dəyirmi masada 5 erməni ekspertin iştirakını təmin etmək üçün İrəvan-Bakı və Bakı-İrəvan çarter reyslərinin təşkili üçün 17 milyon 550 min dram ayrılması barədə qərar qəbul edib.

Qərarın əsaslandırılmasında qeyd olunur ki, dəyirmi masada iştirak Ermənistan və Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasları asanlaşdıracaq və iki ölkə cəmiyyətləri arasında etimadın gücləndirilməsi üçün mexanizmlər yaradacaq.

Bəs bu səfərlərə vətəndaşlarımız necə münasibət bəsləyir? Normallaşma üçün bu şərtdirmi?

TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR