İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər özlərini daha 30 il geri atacaq, yoxsa...

795 06.07.2026 11:54 Yazarlar A A

Əvvəl başqa olayla bağlı kiçik qeydim olacaq. Dörd-beş övladın ola, amma heç biri dəfnində bilavasitə iştirak edə bilməyə, üstəgəl, fevralda öldürüləsən iyulda dəfn ediləsən- çox təəssüf, bəzən “böyük siyasət” həm də bu demək! Qibtə ediləsidirmi? Sizi bilmirəm, şəxsən etməzdim.

Ha çalışıram, amma ki, bir sözü heç cür deməyə bilmirəm: “böyük siyasəti” bu hala gətirənlər də çox hallarda elə “böyük siyasət” adamlarının özü olur, çünki hər şey başqa cür də ola bilərdi – tamam fərqli İran (düşməni İsrail Ermənistandan da kiçikdir, hətta Rusiyanın Moskva vilayəti bundan iki dəfə böyükdür, vur-tut, 10 milyon da əhalisi var), tamamilə fərqli dəfn mərasimləri də olardı bəzi “siyasət adamları”nın, nə edəsən, onlar özləri belə istəyir, bunu yaradırlar. Həm də ona görə ki, nə olsun, ölkə böyükdür, onu idarə edənlər, yönəldənlər məzmunca çox “kiçikdir”lər. Bəli, yalnız illər sonra məlum olur ki, kimə böyük, kiməsə kiçik siyasətçi deyilməlidir əslində.

Siyasətçilər olur həmvətənlilərinin uşaq kimi əlindən tutub seçməyi və ya seçilməyi öyrədirlər, elələri də olur bunun əksini edir, “siz bilməzsiniz, bacarmazsınız, əvəzinizə mən seçim edəcəm!” deyirlər.

Hansı böyük işdir? Yaxud hansı daha kiçik siyasətdir? Bilmirəm, zaman özü göstərəcək. Ömür vəfa etsə, biləcəyik ki, kəmiyyətcə böyük İrandakı rəhmətlik ruhani Xameneyi böyük siyasətçi idi, yoxsa ki, məsələn, kiçicik Ermənistandakı jurnalist Paşinyan? Mən hələ keyfiyyətcə daha üstün və perspektivli İsraili demirəm: yəhudilər, İran xalqı dünyanın ən qədim xalqlarındandılar, amam “mollalar” İranın xalqını lap qocaltdlar...

Keçək mətləbə. Etiraf edirəm ki, Alen Simonyana Paşinyan komandasında hökumət başçısına ən yaxın adam kimi baxırdım. Amma Simonyan təkcə bununla diqqət çəkmirdi, hökumət başçısına ideoloji dəstək verən bir adam idi, tez-tez, belə demək mümkünsə, Azərbaycan və ya türkiyəpərəst çıxışlar edir, açıqlamalar verirdi, bir növ, ermənilərin zehnini yeniləmək istəyirdi.

Seçkidən dərhal sonrasa nəsə anlaşılmazlıq oldu, əvcəl deyildi ki, adamın adı Paşinyanın “yeni hakimiyyət portfeli”ndə yox, hakim partiya spiker kimi başqa adamı – Ruben Rubinyanı nəzərdə tutur. Üstəgəl, bu günlərdə bilindi ki, Alen Simonyan hətta deputat mandatından da imtina edib. Burada Vladimir Vısotskinin məşhur misraları yada düşür: Əgər dost birdən nə dost, nə düşmən olursa...

Bütün bunlara tam aydınlıq gəlməsi üçün Konstitusiya Məhkəməsi seçkilərlə bağlı yekun qərar verəndən sonra yeni parlamentin ilk iclası keçirilməlidir; bundan sonra güman, hər şey yerli - yataqlı bilinəcək və hazırda susanlar özləri danışmağa başlayacaq.

Niyə baş verdi bunlar? Düzü, digər siyasi müşahidəçilərin də bununla bağlı dürüst yozumu-izahı yoxdur. Amma bizim bildiyimiz budur ki, hökumət başçısının bir prezident problemi də var; bəlkə Alen müəllim indi ora üçün hazırlanır? Əlbəttə, bunu daha çox uzaq perspektiv üçün nəzəri fərziyyə kimi deyirik, gəl, indiki prezidentin nisbətən tez vaxtda yola salınacağı haqda da ehtimallar da var.

Bu, adi siyasi qısqanclığın da nəticəsi ola bilər–Simonyan nəzərə çarpan siyasi fiqur idi.
Üstəgəl, Paşinyan düşərgəsindəki siyasi atmosferi dəqiq bilmirik, o, silahdaşlarını çox tanıtmağı, reklam etməyi sevmir. Fəqət, məşhur məsəl var: döngədə atları dəyişmirlər, amma hesab da etmirik ki, müxalifət son siyasi prosesləri “kino lenti” kimi geriyə çevirə biləcəkdir.
Maraqlısı budur ki, Simonyan da özünü hələ Paşinyan dəstəsindən kənarda hiss etmir. Düşünürük ki, belə olsa çox yaxşı olar, çünki Paşinyan və dəstəsi Ermənistanda yeganə siyasi qüvvədir ki, real, ən azı da Ermənistana və ermənilərə lazım olan siyasətlə məşğul olur: o, seçkidən sonra ilk səfərini hətta Moskvaya da edər, amma bunlar taktiki addımlardır.

Məsəl var, deyirlər ki, cidanı çuvalda gizlətmək olmur. Simonyan mandatdan imtina etməsəydi onun kənarda qalmasını izah etmək üçün çox yozum aramaq və hətta tapmaq da olardı, amma adam mandatdan imtina edirsə, mümkündür, həm də inciyibdir.

O ki qaldı müxalifətə, onlar da böyük ehtimalla heç nəyə nail olmayacaqlar. Seçki revanşistlərin real çəkisini göstərdi. Bundan əvvəl keşiş Baqrat Qalstanyan, hətta erməni kilsəsi vardı. Nəsə edə bildilərmi?

Düzdür, ortada kədərli Gürcüstan nümunəsi də var, harada ki, parlamentin yalnız bir hisssəsi fəaliyyət göstərir, digər hissəsi ya mandatdan imtina edib, ya da sadəcə, iclaslarda iştirak etmir və ümid edir ki, belə vəziyyət gec-tez ya hakim partiyanı bezdirəcəkdir və onlar təkrar seçkiyə gedəsək, yaxud da Brüssel hansısa formada gürcü müxalifətini hakimiyyətə gətirəcək –sanki sonuncuların sehrli çubuqları, yaxud lampaları var.

Hələ bunların heç biri baş vermir, amma avropalı deputatların da az inadkar olmaması məlum olur, hər halda, ABŞ və Avropanın siyasətçi və diplomatları açıq şəkildə indiki gürcü hakimiyyətini iqnorə edirlər - əvvəl bunu vitse-prezdent Vens, daha sonra elə bu günlərdə xanım Lyayen etdi. Əvvəldən KİV-lər istrar edirdi ki, Lyayen ancaq Bakıya və İrəvana səfər edəcək, necə deyər, Tiblis bu dəfə də oyundan kənarda qalacaq. Amma onlar bunu etməməlidi, çünki belə özgəlik indi də Tiflisi “Moskvanın forpostu” edə bilər.

Tiflis hazırda ciddi problemlər yaşayır. Ermənistan da indi onun üçün müəyyən problemlər yaradır – yeni tranzit ölkəsi kimi. Amma onun bir üstünlüyü hələ qalır: Gürcüstanın dənizə çıxışı var...

Qərəz, bütün bunlar göstərir ki, bu dəfə Ermənistanda da siyasi həyacanlanmaların tez bitməsini gözləmək lazım deyil, çünki Kreml də də tez həvəsdən düşən, bezən deyil. Üstəlik, Moskvanın Ermənistanda hələ çox dərin “rişələri” var. Hiss olunur ki, hətta indi də Ermənistandakı ehtirasların ən əsas lokomotivi Kremldir. Digərlərisə siyasi dramda kiçik rolları ifa edən çox kiçik “aktyor”lardır.

Bir daha deyirik ki, Paşinyan və komandası üçün qarşıda böyük yol var. Ona görə də ümid ediriik ki, Simonyan kimi siyasət adamları da kənarda qalmayacaq: o cavan və enerjili siyasətçidir, əsas da praqmatik adamdır, revanşist, ura-patriot deyil. Hələliksə bilinən budur ki, Alen müəllim də siyasi düşərgəsini dəyişməyi düşünmür.

Nikol seçkini böyük uğurla başa vurdu. Təkbaşına kabinet formalaşdırmaq hüququ və səlahiyəti az deyil, onun digər fraksiyalardan aslılığı yoxdur.

Amma ona dəstək lazım olacaq, əlbəttə, həqiqətən də əgər Bakı və Ankarayla münasibətləri hüquqi bağlarla normalaşdırmaq istəyirsə...

Hətta seçki ərəfəsində də yazmışdıq ki, siyasi düşərgəni bir az da geniş götürmək lazımdır, Ermənistanı həqiqətən müstəqil görmək istəyənlərin hamısını bu siyasi düşərgəyə cəlb etmək lazımdır; qoy, Ermənistanda da insanlar “Moskvanın məsləhət bildiyi suverenlik də bəs edər” məntiqilə yaşamasın, ondan imtina etsinlər.

Qonşu ölkənin siyasətində belə polyarizasiya gec-tez olacaq, çünki burada klassik milli-azadlıq hərəkatı olmayıbdır, suverenlyin əvəzində Qarabağı almaq istəyirdilər. İndi nə Qarabağları var, nə suverenlikləri!..

Ona görə lazım deyil ki, mütləq klassik inqilab baş versin, yox, dinc inqilab əslində gedir; bəli, revanşistlərin, Moskvanın “siyasi tula”larının istədiyi formada yox. Zaman hər şeyi yerbəyer edir. Odur, bilmək olmaz hələ nələr olacaq – bir rus mahnısında deyilən kimi.

Bizimçün vacibi nədir? Hamı sanki Paşinyan komandasının konstitusion çoxluğa nail olmamasından dilxor olub ki, guya Azərbaycanla sülh sazişi imzlamaqçün konstitusiyanı dəyişə bilməyəcəklər. Yox, onun indiki konstitusiyasında üç subyektin qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ var və bunlardan biri də 50 min seçici imzasıdır. Odur, heç bir halda məyus olmağa dəyməz. Belədə admalar həqiqətən də sülh istəmirsə, biri-birini aldatmağa çalışırlarsa bunun da tarixdə çox böyük nümunəsi olubdur: “Ribbentrop – Molotov paktı”.
Amma Paşinyan tərəfindən belə niyyət sezmirik. Həm də müqavilə bizdən də çox İrəvana lazımdır: imzalamayıb nə edəcəklər, özlərini daha otuz il geri atacaqlar?...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR