İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Rusiya kursuna qayıtsa, Bakı və Ankara İrəvandan çəkinər - politoloqdan gülünc iddia

754 13.12.2025 20:18 Siyasət A A

Erməni politoloq Movses Qazaryan Ermənistanın Qərbdə Rusiyanı əvəz edəcək real və davamlı strateji müttəfiq tapa bilmədiyini iddia edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, İrəvanın xüsusilə Fransaya bağladığı ümidlər özünü doğrultmur və bu xətt Ermənistan üçün nə təhlükəsizlik, nə də regional mövqe baxımından nəticə verir.

Qazaryan bu fikirləri "Sputnik Ermənistan" radiosunun efirində səsləndirib. O bildirib ki, rəsmi İrəvan Parisin Ermənistanı Bakı və Ankara ilə “təkbətək qoymayacağı”na inanır, lakin bu gözləntilər praktik nəticələr doğurmur və sadəcə siyasi illüziyadan ibarətdir.

Erməni politoloqun fikrincə, Ermənistanın əsas problemi hazırkı Qərbyönlü xarici siyasət kursudur. Qazaryan iddia edib ki, əgər ölkə bu xəttdən imtina edərək Rusiya yönümlü, onun ifadəsilə desək, “milli maraqlara əsaslanan” siyasətə qayıtsa, regional vəziyyətdə dəyişiklik baş verə bilər.

Onun absurd iddiasına görə, belə bir dönüş Türkiyə və Azərbaycanın İrəvanla münasibətlərində tonun dəyişməsinə səbəb ola, Bakı və Ankara Ermənistanla bağlı daha ehtiyatlı mövqe tuta bilər. Qazaryan eyni zamanda etiraf edib ki, mövcud Qərbyönlü kurs Ermənistan üçün real təhlükəsizlik təminatı yaratmır və ölkənin regional mövqeyini gücləndirmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR