İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan “xarici təsir şəbəkələrinə” savaş açdı – bu dəfə hədəf Qərb deyil

678 05.12.2025 01:30 Dünya A A

Musavat.com xəbər verir ki, Ermənistan hakimiyyəti ölkədə xarici təsirə qarşı mübarizə elan etdiyini açıqlayıb. Lakin Gürcüstandakı tendensiyadan fərqli olaraq, İrəvan ittihamın ünvanını Qərbə deyil, başqa istiqamətə yönəldir.

Yerli və regional media bunu son hadisələrin fonunda xüsusilə diqqətəlayiq hesab edir.

Baş nazir Nikol Paşinyan bildirib ki, ölkədə “xarici təsir agentlərinin şəbəkəsi tam ifşa olunub” və onların maliyyə mənbələri neytrallaşdırılıb. Onun sözlərinə görə, adıçəkilən şəxslərlə bağlı cinayət işləri artıq məhkəmələrdədir.

Paşinyan konkret ölkənin adını çəkməsə də, analitiklər bunun kimə işarə olduğunu gizli saymır. JAMnews yazır ki, hökumətin son açıqlamaları və xüsusi xidmətlərin fəaliyyəti Rusiyanın Ermənistandakı təsir dairəsinə qarşı yönəlmiş addımlar kimi qiymətləndirilir.

Analitiklər hesab edir ki, bu mesajlar İrəvan–Moskva münasibətlərində gərginliyin artmasına işarədir və Ermənistanın xarici siyasət kursunda yeni mərhələ formalaşır. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR