İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda çikunqunya HƏYƏCANI: İlk yoluxma qeydə alındı

555 19.02.2026 15:29 Dünya A A

Ermənistanda ilk çikunqunya qızdırması hadisəsi təsdiqlənib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin nəzdindəki Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzin məlumat yayıb.

Mərkəzin məlumatına görə, xəstə Seyşel adalarında ağcaqanad sancmasından sonra yoluxub. Hazırda onun vəziyyəti stabildir.

Xəstəliyin inkubasiya dövrü 2 gündən 12 günə qədər davam edir. Əsas simptomlara yüksək qızdırma, güclü oynaq ağrısı, əzələ ağrıları, zəiflik və dəri səpgisi daxildir.

Xəstəlik yalnız ağcaqanad sancmaları vasitəsilə ötürülür və insandan insana ötürülmür. Hal-hazırda spesifik müalicə yoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR