İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda iki seçki komissiyası sədri və katib saxlanıldı

745 07.06.2026 12:15 Dünya A A

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin başlanmasından əvvəlki gecə iki seçki komissiyasının sədri və bir katibin saxlanıldığını açıqlayıb.


Musavat.com xəbər verir ki, MSK sədri Vaahn Ovakimyan mətbuat konfransında bildirib ki, bəzi seçki məntəqələrində rəhbər şəxslərin olmaması cinayət-hüquqi proseslərlə əlaqədardır.

“İki sədrin və bir katibin seçki məntəqələrində olmamasının səbəbinin cinayət-hüquqi proseslərlə bağlı olduğunu bilirəm. Mənə məlumat verilib ki, həmin sədrlər və katib gecə saatlarında saxlanılıblar”, – deyə Ovakimyan qeyd edib.


Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də start götürüb. Seçkilərdə 18 siyasi qüvvə – 16 partiya və 2 siyasi blok iştirak edir. Onların arasında Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” Partiyası, Robert Koçaryanın liderlik etdiyi “Ermənistan” bloku və Narek Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku da yer alır.


MSK-nın yekun məlumatına əsasən, seçkilərdə səsvermə hüququna malik vətəndaşların sayı 2,5 milyona yaxındır. Ermənistan hüquq-mühafizə orqanları saxlanılmaların səbəbləri ilə bağlı hələlik əlavə məlumat açıqlamayıb.


Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR