İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Moldova ssenarisi işə düşür? – seçkilər ətrafında geosiyasi savaş iddiası

434 12.02.2026 15:50 Dünya A A

Ermənistanda qarşıdan gələn parlament seçkiləri artıq daxili siyasi rəqabət çərçivəsindən çıxaraq geosiyasi qarşıdurmaya çevrilir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikri yerli siyasi texnoloq Armen Badalyan səsləndirib.

Onun sözlərinə görə, hakim qüvvənin arxasında ciddi xarici aktorlar dayanır – Avropa İttifaqı strukturları, ayrı-ayrı Qərb dövlətləri və artıq ABŞ da bu prosesdə yer alır. Badalyan bu kontekstdə Aİ tərəfindən ayrıldığı açıqlanan 15 milyon avroluq maliyyə dəstəyini xatırladaraq, real yardımın bundan daha geniş ola biləcəyini ehtimal edir.

“Kiminsə xoşuna gəlsin-gəlməsin, hakimiyyətin geosiyasi müttəfiqləri var”, – deyə o, 24TV kanalında bildirib.

Siyasi texnoloqun fikrincə, seçkilərdə iştirak etmək istəyən müxalif və ya alternativ siyasi qüvvələr yalnız daxili resurslara arxalanmaqla uğur qazana bilməzlər. Onun qənaətincə, bu partiyalar da öz xarici siyasi dayaqlarını formalaşdırmasa, rəqabətdə geri qalacaqlar.

Badalyan Moldovada baş verən proseslərlə paralel apararaq bildirir ki, Ermənistanda da oxşar ssenari artıq həyata keçirilir. Onun sözlərinə görə, bu proses səsvermə günü başlamır – artıq qanunvericilik dəyişiklikləri, xeyriyyə təşkilatlarının fəaliyyətinin tənzimlənməsi və hakimiyyətin rəqibləri üçün institusional məhdudiyyətlərin yaradılması vasitəsilə işə salınıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR