İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda seçki dramı: Rusiyayönümlü oliqarxın partiyası cəmi 0,004% səslə kənarda qaldı

697 08.06.2026 14:05 Dünya A A

Ermənistanda keçirilən parlament seçkilərinin bütün bülletenləri hesablandıqdan sonra müxalifət düşərgəsində əsl şok yaşanıb.

Musavat.com xəbər verir ki, ölkənin rəsmi dairələrinin yaydığı son məlumata görə, tanınmış rusiyayönümlü milyarder və oliqarx Qagik Çarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" Partiyası parlamentə daxil olmaq üçün tələb olunan 4 faizlik seçki baryerini aşa bilməyib.

Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vaagn Ovakimyan səslərin 100%-nin hesablanmasından sonra yenilənmiş rəsmi rəqəmləri açıqlayıb. Sənədlərə əsasən, Çarukyanın partiyası dramatik şəkildə 3,996% səs toplayaraq parlamentdən kənarda qalıb. Ən qəribə və şübhəli məqam isə odur ki, səhər saatlarında MSK-nın rəsmi saytında "Çiçəklənən Ermənistan"ın düz 4% səs topladığı və parlamenti qazandığı göstərilsə də, bir qədər sonra bu rəqəm kəskin şəkildə aşağı salınıb.

MSK sədri Vaagn Ovakimyan rəsmi göstəricilərin sonradan niyə dəyişdirildiyinə və korreksiya edildiyinə aydınlıq gətirib. O, səhər elan olunan ilkin rəqəmlərə xaricdəki diplomatlar və hərbçilərin istifadə etdiyi elektron səsvermənin nəticələrinin daxil edilmədiyini bəhanə gətirib. Ovakimyan məhz elektron səslər sistemə yükləndikdən sonra müxalif partiyanın faizinin düşdüyünü iddia etsə də, rusiyayönümlü qüvvələr bu bəyanatı qəbul etməyib və rəsmi İrəvanı seçki nəticələrini saxtalaşdırmaqda və Çarukyanı qəsdən parlamentdən kənarda saxlamaqda ittiham ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR