İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda seçki öncəsi qalmaqal

881 09.03.2026 16:45 Region A A

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi düşərgələr arasında gərginlik artır. Hakimiyyətə yaxın olmuş siyasətçilər belə Paşinyan hakimiyyətinin mümkün addımları ilə bağlı açıq xəbərdarlıqlar etməyə başlayıb.

Musavat.com bildirir ki, erməni mediasının məlumatına görə, parlament deputatı və vaxtilə hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü olmuş Ovik Ağazaryan jurnalistlərlə görüşündə ölkədə müxalifət düşərgəsində baş verən proseslərdən danışıb.

Onun sözlərinə görə, hazırda Ermənistanın müxalif siyasi meydanında əsas güc kimi “Güclü Ermənistan” partiyası çıxış edir və bu siyasi qüvvə hakimiyyət üçün ciddi alternativə çevrilə bilər.

Ağazaryan hadisələrin inkişafı üçün iki mümkün ssenari olduğunu iddia edib. Birinci ssenariyə görə, Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyəti könüllü şəkildə “Güclü Ermənistan” hərəkatının lideri Samvel Karapetyana ötürə bilər. Deputat bunun az ehtimal olunan, lakin nəzəri cəhətdən mümkün variant olduğunu bildirib. Onun sözlərinə görə, belə bir addım baş versə, Paşinyan “tarixə ən güclü siyasi xadimlərdən biri kimi düşə bilər”. Bununla belə, Ağazaryan bu variantın reallıqda baş vermə ehtimalının çox zəif olduğunu qeyd edib.

İkinci ssenari isə daha sərt və qalmaqallı variantdır. Ağazaryanın iddiasına görə, Paşinyan hakimiyyəti bir müddət gözləyərək müxalifətin bu partiya ətrafında nə qədər birləşdiyini müşahidə edə bilər və bundan sonra onu seçki prosesindən kənarlaşdırmaq üçün addım ata bilər. Deputat bildirib ki, belə halda “Güclü Ermənistan” partiyası ya sənədlərin qeydiyyatı mərhələsində seçkiyə buraxılmaya bilər, ya da may ayının ortalarında müxtəlif üsullarla siyasi mübarizədən uzaqlaşdırıla bilər. Nəticədə partiya 7 iyun parlament seçkilərinə qədər yarışdan çıxarıla bilər. Ağazaryan bu ehtimalı “moldova ssenarisi” ilə müqayisə edib.

Jurnalistlərin Paşinyanın bunu hansı əsaslarla edə biləcəyi barədə sualına isə deputat ironik cavab verib. Bildirib ki, əgər baş nazir bu addım üçün əsas tapmaqda çətinlik çəksə, həmin əsasları ona təqdim etməyə hazırdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR