Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin tədbirləri çərçivəsində Dövlət Gəlirləri Komitəsinin keçmiş sədr müavini Vaxtanq Mirumyan saxlanılıb.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Bununla bağlı Komitənin yaydığı məlumatda bildirilir:
“Ermənistan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən Ermənistan Respublikası Dövlət Gəlirləri Komitəsinin keçmiş yüksək vəzifəli məmuruna qarşı araşdırılan cinayət işi çərçivəsində Dövlət Gəlirləri Komitəsinin daha bir keçmiş yüksək vəzifəli məmuru vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə saxlanılıb. İbtidai istintaqın maraqlarına görə, hələlik əlavə təfərrüatları açıqlaya bilmərik”.
Musavat.com






