İnsanlara hürriyət, millətlərə istiqlal!

"Etdikləriniz artıqlaması ilə sizi tapsın"

967 12.03.2026 12:28 Şou-biznes A A

Dubaya edilən raket hücumları ilə bağlı gərginlik fonunda bəzi blogerlərin şəhəri tərk edərkən ev heyvanlarını özləri ilə aparmadıqları iddiaları gündəmə gəlib.

Sosial şəbəkələrdə istifadəçilər bu məsələ ilə bağlı çoxsaylı paylaşımlar ediblər. Paylaşımlarda bildirilir ki, daha çox izləyici və bəyənmə qazanmaq üçün ev heyvanı sahiblənən bəzi blogerlər Dubayı tərk edərkən həmin heyvanları geridə qoyublar.

Məsələ ilə bağlı Türkiyəli rəssam və yazar Hikmeti Tabiyeci və jurnalist Nevşin Mengü də sosial media hesablarında fikirlərini bölüşərək iddialara diqqət çəkiblər.

Mövzuya münasibət bildirənlər arasında aktrisa Nəsrin Cavadzadə də olub. O, sosial şəbəkə hesabında paylaşım edərək bu davranışı tənqid edib və belə halların vicdansızlıq nümunəsi olduğunu vurğulayıb. Aktrisa qeyd edib ki, zəif və müdafiəsiz canlıları geridə qoymaq qəbulolunmazdır.

Onun sözlərinə görə, insanların çətin vəziyyətdə olanları, o cümlədən heyvanları tərk etməsi eyni düşüncə və məsuliyyətsizlikdən irəli gəlir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR