İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ev alkoqolu” təhlükəsi artır: Rusiyada zəhərlənmə halları pik həddə çatdı

540 04.12.2025 02:06 Dünya A A

Musavat.com xəbər verir ki, Rusiyada ev şəraitində hazırlanmış araq və müxtəlif nastoykalara görə zəhərlənmələrin sayı sürətlə artır. Həkimlərin sözlərinə görə, kustar üsulla hazırlanan içkilərə marağın çoxalması ciddi təhlükə yaradır, çünki onların tərkibində metanol və sivuş yağları kimi ölümcül maddələr ola bilər.

Mütəxəssislər bildirir ki, son illər “samogon mədəniyyəti”nin populyarlaşması vəziyyəti daha da ağırlaşdırır. Belə içkilər nəzarətsiz şəkildə qəbul olunur və xüsusilə yeniyetmələr arasında risk səviyyəsi yüksəlib.

Həkimlər xəbərdar edir ki, evdə hazırlanan alkoqol aşağıdakı ağır fəsadlara səbəb ola bilər:

— pankreatit,
— qan şəkərinin kəskin enməsi,
— hüceyrə funksiyalarının pozulması,
— insult və digər həyati təhlükəli vəziyyətlər.

Bundan əlavə, belə zəhərlənmələr yaddaş zəifləməsinə, sinir sisteminin zədələnməsinə və erkən demensiyaya gətirib çıxara bilər.

Mütəxəssislər bir daha vətəndaşları xəbərdar edir: kustar, nəzarətsiz hazırlanmış alkoqoldan uzaq durun — sağlamlığı riskə atmağa dəyməz. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR