İnsanlara hürriyət, millətlərə istiqlal!

Evləndi... - FOTOLAR

766 19.07.2026 15:12 Şou-biznes A A

Türkiyəli aktyor Cem Uslu uzun müddətdir eşq yaşadığı Gubse Ceren Geçalp ilə nikah masasına oturub.

"Çukur" serialında canlandırdığı "Metin Yaman" obrazı ilə tanınan aktyorun toy mərasimi Düzcədə baş tutub.

Cütlüyün ailə üzvləri və yaxın dostlarının iştirak etdiyi mərasimdən görüntüləri Cem Uslu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

43 yaşlı aktyor paylaşımına bu sözləri yazıb:

"Düzcədə çox şənlikli bir toy etdik. Yanımızda olan hər kəs sağ olsun, var olsun. İlk fotodakı kimi başladı, sonuncudakı kimi bitdi".

Qeyd edək ki, Cem uslu sonuncu dəfə "Kıskanmak" serialında çəkilib.  (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR