İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əvvəllər varlı olmaq insana hörmət qazandırırdı”

600 09.01.2026 12:09 Şou-biznes A A

“Əvvəllər varlı olmaq insana hörmət qazandırırdı, pullu insanlarla dost olmaq prestij sayılırdı, pulla bir çox problemlər həllini tapırdı”.

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial mediada yazıb.

Nura fikirlərinə bunları da əlavə edib:

“İndi isə varlı olmaq qorxuludur. Bir də baxırsan ki, həm özü, həm də ətrafı tutulub, içəridədir. Ona görə də pullu adamların ətrafında az yaltaqlıq edib fırlanın. Vəzifə də bu gün var, sabah yox. Vicdanlı insan modeli yenidən dəbə gəlməlidir ki, insanlar bir az yaltaqlıqdan, ikiüzlülükdən, pulu və vəzifəsinə görə başqalarına yuxarıdan aşağı baxmaqdan vaz keçsinlər. Gedin, yığdığınız pulları xeyirli işlərə xərcləyin - özünüzlə torpağın altına aparası deyilsiniz. Heç olmasa, ağac əkin ki, nəfəs ala bilək”.

Könül
Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR