Meyxanaçı Samirə qızı Fərəhin polis tərəfindən saxlanılmasından danışıb.
Musavat.com-a açıqlama verən sənətçi bildirib ki, baş verən hadisələr ona mənfi təsir edir:
"Saxlanılmaq söhbəti yoxdur, inzibati cəzadır. Məhkəmə qarşısına çıxacaq, cərimə ödəyəcək. Orada söyüş yoxdur, təhqir yoxdur. Məclisdə olan söhbətdir. Çıxıb efirdə danışmayıb ki... Sadəcə Tolik efirdə gündəmə gətirdi, bu məsələ yaşandı. Xalq artistləri də, əməkdar artistlər də, aparıcılar da bu cür səhv edə bilir. Məni bu məsələlər narahat edir, mən anayam. Övladımın başından bir tük əskik olsa, ürəyim parçalanar. Onun haqqına girib, əxlaqsız adlandıranların özünü qaytarıram o sözü. Qızım əxlaqsız deyil. Sadəcə səhv edib. İnsan yaşayırsa, səhv edər. Qızımı baltanın altına qoyub baltalamaq nə dərəcədə düzgündür? Elə bil ki, biz erməniyik, bunlar azərbaycanlı. Olmaz belə etmək".
Qeyd edək ki, meyxanaçı Samirənin qızı, müğənni Fərəh Samirəqızı sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətdiyi üçün polis tərəfindən saxlanılıb. O, yaxın saatlarda məhkəmə qarşısına çıxarılacaq. Onun sosial mediada həmkarı Kəmalə Günəşlinin müdafiə xarakterli çıxışı tənqid və qəzəblə qarşılanıb.
Könül
Musavat.com






