İnsanlara hürriyət, millətlərə istiqlal!

Eyni anda dörd Günəş göründü: nadir optik hadisə kameraya düşdü VİDEO

1723 03.02.2026 00:19 Astrologiya A A

Sosial şəbəkələrdə yayılan videoda Alyaska ərazisində eyni anda dörd Günəşin göründüyü nadir atmosfer hadisəsi qeydə alınıb.

Musavat.com xəbər verir ki, mütəxəssislər görüntülərin real olduğunu və bunun optik atmosfer fenomeni sayıldığını bildirirlər.

İzahata görə, hadisə əsasən kəskin soyuq havalarda müşahidə olunur. Belə şəraitdə havada çoxlu sayda buz kristalları formalaşır və Günəş şüaları bu kristallardan keçərkən xüsusi bucaqlarla sınaraq bir neçə parlaq işıq nöqtəsi yaradır.

Elm aləmində bu fenomen “parheliya” və ya “yalancı Günəşlər” adlanır. Adətən iki əlavə Günəş kimi görünən bu işıq ləkələri, uyğun hava və işıq şəraitində üç, hətta dörd nöqtə şəklində də müşahidə oluna bilər. Xüsusilə Günəş üfüqə yaxın olduqda effekt daha aydın görünür.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR