Ukrayna səmasında diqqətçəkən hava əməliyyatı barədə məlumat yayılıb. Bildirilir ki, düşmən pilotsuz uçuş aparatı qırıcı tərəfindən demək olar ki, “üzbəüz” məsafədən məhv edilib.
Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin 107-ci aviasiya qanadının tərkibində olan F-16 qırıcısı “Şahed” tipli dronu bort topu M61A1 Vulcan vasitəsilə vurub.
Qeyd olunur ki, hədəfin bu qədər yaxın məsafədən vurulması çox yüksək peşəkarlıq tələb edir. Məlumata əsasən, belə atış zamanı istənilən kiçik yanlışlıq təyyarənin idarəetməsinə nəzarətin itirilməsi riski yarada bilər.
Musavat.com






