İnsanlara hürriyət, millətlərə istiqlal!

"Fatih" də narkotikdən istifadə etdiyini etiraf etdi

497 12.01.2026 20:11 Şou-biznes A A

"Kızılcık Şerbeti" serialının ulduzu Doğukan Güngör ötən həftə keçirilən narkotik əməliyyatından sonra ilk dəfə hakim qarşısına çıxıb.

Musavat.com xəbər verir ki, barəsində xaricə çıxış qadağası qoyulan məşhur aktyorun prokurorluqda verdiyi ifadədə peşman olduğunu bildirib:

“Uyuşdurucu maddə istifadə etdiyimi qəbul edirəm. Bu vəziyyətə görə dərin peşmanlıq hissi keçirirəm. İctimaiyyətdən və məni sevənlərdən üzr istəyirəm; bir daha əsla bu cür maddələrin yanına belə yaxınlaşmayacağam.”

Güngör ifadəsində yalnız istifadəçi olduğunu, hər hansı “ticarət” və ya “vasitəçilik” fəaliyyəti ilə məşğul olmadığını xüsusi vurğulayıb.

Könül, Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR