İnsanlara hürriyət, millətlərə istiqlal!

FİDE rusiyalı qrossmeyster Kramniki diskvalifikasiya etdi

687 03.07.2026 22:53 Dünya A A

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 14-cü dünya çempionu Vladimir Kramniki etik qaydalarını pozduğuna görə bir il müddətinə diskvalifikasiya etdi.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib.

Etika komissiyası rusiyalı qrossmeysterin turnirlərdə iştirakına iki illik qadağa qoyub. Sonuncu il sınaq müddəti olacaq və bu o deməkdir ki, diskvalifikasiya müddəti əslində 1 ildir. Kramnik həmçinin şahmat ictimaiyyətinin maraqları naminə 12 ay ödənişsiz ictimai işlərə məhkum edilib. Qərardan 21 gün ərzində apellyasiya şikayəti verilə bilər.

FİDE əvvəllər Kramnikin amerikalı şahmatçı Daniel Naroditski haqqında açıq açıqlamalarına görə Etika və intizam komissiyasına şikayət ərizəsi ilə müraciət etmişdi. Şikayət Kramnikin açıqlamalarından qaynaqlanırdı və təşkilatın fikrincə, bu, Naroditskinin psixoloji vəziyyətinə mənfi təsir göstərə bilərdi.

Naroditskinin ölümü oktyabrın 20-də elan edilib. Bundan sonra onlayn istifadəçilər Kramnikin amerikalıya psixoloji təzyiq göstərdiyini və bunun onun ölümünə səbəb olduğunu iddia ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR