İnsanlara hürriyət, millətlərə istiqlal!

Fin siyasətçi BMT-dən Xerson zərbəsini pisləməyi tələb etdi

374 02.01.2026 23:25 Dünya A A

Musavat.com xəbər verir ki, Finlandiyada fəaliyyət göstərən “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinə endirdiyi zərbə ilə bağlı Birləşmiş Millətlər Təşkilatının açıq mövqe ortaya qoymasını tələb edib.

Mema bildirib ki, BMT baş verən hadisə ilə bağlı aydın və birmənalı mövqe nümayiş etdirməlidir və bu cür hücumlar beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməlidir.

Fin siyasətçi, həmçinin vurğulayıb ki, Avropa liderlərinin bu hücumla bağlı susqunluğu onların Kiyev hakimiyyətinin qanunsuz hərəkətlərində dolayı iştirakını ifadə edəcək.

Onun sözlərinə görə, Avropa siyasətçiləri seçici yanaşmadan imtina etməli və münaqişə tərəflərinin bütün hərbi addımlarına eyni hüquqi meyarlarla yanaşmalıdırlar.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR