İnsanlara hürriyət, millətlərə istiqlal!

Formula-1 əfsanəsindən həyat siqnalı: Şumaxer evdə...

2303 27.01.2026 04:55 İdman A A

Formula-1-in yeddiqat dünya çempionu Mixael Şumaxerin səhhəti ilə bağlı yeni detallar açıqlanıb.

Musavat.com xəbər verir ki, hazırda o, ev şəraitində tibbi personalın nəzarəti altında reabilitasiya prosesini davam etdirir.

Məlumata görə, artıq yatağa məhkum deyil və əlil arabasında hərəkət edə bilir. Bununla belə, müstəqil şəkildə yerimək hələlik mümkün deyil. Reabilitasiya prosesinin mərhələli şəkildə davam etdiyi və vəziyyətində müəyyən müsbət dəyişikliklərin müşahidə olunduğu bildirilir.

Oktyabr ayında xeyriyyə məqsədli auksion üçün dəbilqəni imzalaması da səhhətindəki irəliləyişin simvolik göstəricisi kimi qiymətləndirilib.

Xatırladaq ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında dağ xizəyində sürüşərkən ağır kəllə-beyin travması almış və uzun müddət komada qalmışdı. Ailəsi 2023-cü ilin dekabrında onun müstəqil ünsiyyət qura və sərbəst hərəkət edə bilmədiyini açıqlamışdı.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR