İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa 1000 kiloluq yeni AASM aviasursatını sınaqdan keçirdi

619 09.12.2025 16:03 Dünya A A

Fransa Rafale F4 qırıcısı üçün nəzərdə tutulan AASM 1000 tipli uzaqmənzilli və yüksək dəqiqlikli aviasursatı uğurla sınaqdan keçirib və döyüş istifadəsinə hazır elan edib.

Musavat.com xəbər verir ki, yeni modul sistem adi 1000 kq-lıq bombanı PVO zonasından kənar məsafədən hədəfi dəqiq vurmağa imkan verən ağıllı sursata çevirir. AASM 1000 həm ABŞ istehsalı Mk84 və BLU-109, həm də Fransanın BA84 və P1000 tipli bombaları ilə uyğundur.

Sınaq zamanı Rafale M F4 1850 km-lik uçuş və havada yanacaq doldurma əməliyyatından sonra Karavia poliqonunda hədəfə dəqiq zərbə endirib. Fransa Hərbi Dəniz Qüvvələri bunu “texniki və təşkilati ustalıq nümunəsi” adlandırıb.

Yeni silah raketlərlə idarə olunan sistemlərin daha ucuz, lakin güclü alternativi kimi Fransanın hava və dəniz qüvvələrinin arsenalında vacib boşluğu doldurur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR