İnsanlara hürriyət, millətlərə istiqlal!

Futbol əfsanəsi vəfat etdi

1685 07.04.2026 22:30 İdman A A

Keçmiş “Zenit” klubunun baş məşqçisi, rumıniyalı mütəxəssis Mirça Luçesku vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə rumıniyalı jurnalist Emanuel Roşu məlumat yayıb.

Məlumata görə, təcrübəli məşqçi 80 yaşında dünyasını dəyişib. Hələlik ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Mirça Luçesku Avropa futbolunun tanınmış simalarından biri olub. O, karyerası ərzində Ukraynanın “Şaxtyor Donetsk”, Rusiyanın “Zenit” klublarını çalışdırıb, həmçinin Rumıniya və Türkiyədə də bir sıra komandalarla uğurlar qazanıb. Luçesku xüsusilə “Şaxtyor”la qazandığı titullar və Avropa Liqasındakı uğurları ilə yadda qalıb.

Musavat.coma

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR