İnsanlara hürriyət, millətlərə istiqlal!

Füzulidə ağır qəza - 10-cu sinif şagirdi ÖLDÜ

733 01.03.2026 12:28 Hadisə A A

Füzulidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə ötən gecə rayonun Qayıdış qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Ramil idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən qarşısında gedən traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində minik avtomobilində sərnişin qismində olan sürücünün oğlu, 10-cu sinif şagirdi Zaur hadisə yerində dünyasını dəyişib.

Ağır xəsarətlər alan sürücü dərhal Füzuli Rayon Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR