İnsanlara hürriyət, millətlərə istiqlal!

G7 Rusiyanı maliyyələşdirən ölkələri hədəf alacaq - BƏYANAT

564 13.11.2025 09:00 Siyasət A A

G7 ölkələri Ukraynanı dəstəkləmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə imkanlarının müzakirəsini davam etdirir.

Musavat.com xəbər verir ki, bu, G7 xarici işlər nazirlərinin Ontarioda keçirilən görüşün yekununa dair birgə bəyanatda əksini tapıb.

G7-yə sədrlik edən Global Affairs Canada-nın mətbuat xidməti tərəfindən yayılan sənəddə G7 ölkələrinin "Ukraynanı dəstəkləmək üçün yurisdiksiyalarında dondurulmuş Rusiya aktivlərindən daha da əlaqələndirilmiş istifadə daxil olmaqla bir sıra maliyyə variantlarını müzakirə etdiyi" bildirilir. Sənəddə həmçinin qeyd olunur ki, G7 ölkələri Moskvaya təzyiqi artırmaq niyyətindədir və Ukraynadakı işğalçı müharibədə "Rusiyanı maliyyələşdirməyə kömək edən" ölkələrə qarşı əlavə "tədbirləri araşdırır". 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR