İnsanlara hürriyət, millətlərə istiqlal!

Gerasimovun növbəti yalanı İFŞA OLUNDU

1269 27.01.2026 13:18 Dünya A A

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Xarkov vilayətində yerləşən Kupyansk-Uzlovoy qəsəbəsinin ələ keçirildiyini bəyan etsə də, OSINT-analitiklərin məlumatları və döyüş xəritələri bunu təsdiqləmir.

Musavat.com xəbər verir ki, analitiklərin qiymətləndirməsinə görə, Rusiya qoşunları hazırda şəhərdən ən azı 10 kilometr aralıdadır.

Bu açıqlama hətta rusiyayönlü teleqram kanallarında belə tənqidə səbəb olub. Sözügedən kanallarda bəyanat xəritələrin süni şəkildə boyanması nəticəsi kimi dəyərləndirilib.

DeepState, Blackbird və ISW analitik mərkəzlərinin məlumatlarına əsasən, Kupyansk-Uzlovoy hələ də Ukraynanın nəzarətindədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR