Ötən gecə Ukrayna Rusiyanın Qara dənizdəki ən böyük limanlarından birinə zərbə endirib.
Musavat.com xəbər verir ki, zərbələrin hədəfi Novorossiyskdə yerləşən Qruşevaya neft terminalıolub. Obyektdə böyük yanğın baş verib. Qruşevaya neft terminalı "Çernomortransneft"in (Transneft) törəmə müəssisəsi olan Novorossiysk limanındakı Şesxaris dəniz neft terminalının bir hissəsidir. Bu, Qafqazın ən böyük neft anbarıdır. Terminalın ötürmə gücü ildə 75 milyon tona qədər neft və neft məhsullarıdır.
Normal işlək vəziyyətdə gündə təxminən 700.000 barel yüklənir. Terminal Rusiyadan dəniz yolu ilə ixrac edilən bütün neftin təxminən 20 faizini təmin edir.
Ötən gecə hücumlardan sonra terminalda güclü yanğın başlayıb. Monitorinq kanallarına görə, yanğın yayılmaqdadır.
Musavat.com






