İnsanlara hürriyət, millətlərə istiqlal!

Makrondan Paşinyana ilk təbrik: “Əziz Nikol...”

649 08.06.2026 11:44 Ölkə A A

Fransa prezidenti Emmanuel Macron Ermənistanda keçirilən parlament seçkilərində qələbə qazanan Nikol Paşinyan ünvanına təbrik mesajı göndərib.

Musavat.com xəbər verir ki, Emmanuel Makron sosial şəbəkə hesabında paylaşdığı müraciətdə Paşinyanın seçkilərdə qazandığı qələbəni “inandırıcı qələbə” kimi qiymətləndirib.

Fransa lideri yazıb:

“Əziz Nikol Paşinyan, parlament seçkilərində qazandığın inandırıcı qələbə münasibətilə ən səmimi təbriklərimi qəbul et.

Xalqlarımızın rifahı naminə əməkdaşlığımızı daha da gücləndirmək, Ermənistanın sülhünü və suverenliyini dəstəkləmək, həmçinin Avropaya yaxınlaşma prosesini təşviq etmək üçün səninlə başladığımız işi davam etdirməkdən məmnunam”.

Makronun təbriki Ermənistanda seçkilərin ilkin nəticələrinin açıqlanmasından sonra Qərbdən gələn ilk yüksək səviyyəli reaksiyalardan biri hesab olunur.

Müşahidəçilərin fikrincə, Fransa prezidentinin mesajında xüsusi diqqət çəkən məqamlar Ermənistanın suverenliyinə dəstək, Azərbaycan-Ermənistan sülh prosesinə işarə və İrəvanın Avropa istiqamətində inteqrasiya kursunun açıq şəkildə dəstəklənməsidir.

Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” Partiyası səslərin 50 faizdən çoxunu toplayaraq seçkilərdə qalib gəlib. Əsas rəqibi olan “Güclü Ermənistan” bloku isə ikinci yerdə qərarlaşıb.

Makronun bəyanatı Fransa-Ermənistan münasibətlərinin yaxın illərdə də aktiv şəkildə davam etdiriləcəyinə dair mühüm siyasi siqnal kimi qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR