İranla bağlı artan gərginlik fonunda ABŞ Almaniyadakı əsas hərbi aviabazalarda fasiləsiz həyəcan rejiminə keçib.
Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.
“FlightRadar24” platformasının məlumatına görə, Almaniyada yerləşən ABŞ-nin “Ramstein” və “Spangdahlem” aviabazalarında bu gündən etibarən 24 saatlıq, həftənin 7 günü davam edən həyəcan siqnalı tətbiq olunur.
Bu qərar Amerikadan Avropaya yönələn C-17 hərbi nəqliyyat təyyarələrinin sayının kəskin artması və bəzi uçuşların adi xidmət rejimində icra edilə bilməməsi ilə əlaqələndirilir.
Hərbi aktivliyin artması bölgədə mümkün eskalasiya risklərinə qarşı hazırlıq kimi qiymətləndirilir.
Eyni zamanda qeyd olunur ki, Tehran Vaşinqtonun İrana təqdim etdiyi tələbləri faktiki təslim şərtləri kimi dəyərləndirir.
Musavat.com






