İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan hökuməti BBC-ni məhkəməyə verir- səbəb “kimyəvi silah” iddiası

549 01.12.2025 14:55 Dünya A A

Gürcüstan hakimiyyəti Britaniyanın BBC media qurumuna qarşı məhkəmə iddiası qaldıracağını açıqlayıb. 

Musavat.com xəbər verir ki, hakim partiyanın bəyanatında səbəb kimi BBC-nin yayımladığı “mitinqçilərə qarşı kimyəvi maddələrdən istifadə edilməsi” barədə material göstərilib.

BBC-nin sözügedən reportajında iddia olunurdu ki, 2024-cü ildə etiraz aksiyalarında iştirak edən bəzi şəxslərin şikayətlərinə əsasən, hökumət guya I Dünya müharibəsi dövrünə aid kimyəvi maddələr tətbiq edib. Material yalnız aksiya iştirakçılarının ifadələrinə söykənirdi və rəsmi təsdiqə malik deyildi.

Tiflis rəsmiləri bu iddiaları “tamamilə yalan və reputasiyaya zərər vurmaq cəhdi” kimi qiymətləndirib və BBC-yə qarşı hüquqi addım atacaqlarını bildiriblər.

Gürcüstan hökuməti baş verənlərin ölkə haqqında qərəzli təsəvvür yaratdığını deyir. BBC mövzu ilə bağlı şərh verməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR