Musavat.com xəbər verir ki, dünyada A tipli qripin yeni mutasiyası — H3N2 — sürətlə yayılmağa başlayıb. Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) bildirir ki, bu il qrip mövsümü “qeyri-adi dərəcədə erkən” başlayıb və vəziyyət narahatlıq doğurur.
Mütəxəssislər yeni suşun mövcud aşılardan yayınma qabiliyyəti göstərməsi səbəbindən əlavə ehtiyat tədbirlərinə çağırırlar.
İngiltərədə səhiyyə qurumları maska taxmağı tövsiyə edir — xüsusən də qapalı məkanlarda və kütləvi yerlərdə.
Əlamətlər:
Qızdırma
Öskürək
Boğaz ağrısı
Burun axıntısı və ya tutulması
Bədən və əzələ ağrıları
Baş ağrısı
Yorğunluq
Qusma və ishal
Mütəxəssislər qrip mövsümündə şəxsi gigiyena və profilaktik tədbirlərin gücləndirilməsini vacib sayırlar.
Musavat.com






