İnsanlara hürriyət, millətlərə istiqlal!

Hava­təmizləyən manqallar satışa çıxarıldı - VİDEO

756 07.12.2025 18:06 Dünya A A

Özbəkistan bazarına tüstünü havaya çıxmamışdan əvvəl süzən və zərərli hissəcikləri tutan müasir filtrasiyalı manqallar daxil olub.

Musavat.com xəbər verir ki, yeni avadanlıqların məqsədi restoran və məhəllə səviyyəsində atmosfer çirklənməsini azaltmaqdır.

Ölkədə havanın çirklənməsi ilə mübarizə çərçivəsində son aylarda təndirlərin sökülməsi, bəzi kababxanaların bağlanması kimi ciddi tədbirlər həyata keçirilir. Hakimiyyət tərəfindən hazırlanan yeni qaydalarda bu tip hava­təmizləyici qurğuların məcburi tətbiqi də nəzərdə tutulur.

Rəsmi dairələr bildirir ki, yeni sistemlər həm biznesin fəaliyyətini çətinləşdirmədən davam etdirməsinə imkan verəcək, həm də şəhərlərdə artan hava çirklənməsi problemini yumşaldacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR