Gümrü meriyasının fasadına həbs olunan Baqrat və Mikaelin təsvir olunduğu plakatın əyri şəkildə asılması şəhərdə geniş müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, plakat hazırda Paşinyanın iştirak etdiyi liturgiyanın keçirildiyi “Yeddi Yaralı” kilsəsinin yaxınlığında yerləşən meriya binasında quraşdırılıb.
Rəsmi məlumatlara görə, Baqrat və Mikael hazırda mövcud hakimiyyətin devrilməsinə açıq çağırışlar etməkdə ittiham olunurlar. Bundan əlavə, Baqrata terror aktına hazırlıq maddəsi də tətbiq edilib.
Hadisə sosial şəbəkələrdə “hakimiyyətin kilsə ilə gərgin münasibətlərinin daha bir əlaməti” kimi qiymətləndirilir.
Musavat.com






