İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbçini “it”ə çevirdilər: Rusiya ordusundan utancverici fakt - VİDEO

1094 08.02.2026 01:05 Dünya A A

Rusiya ordusunda insan ləyaqətini alçaldan daha bir qalmaqallı hadisə üzə çıxıb.

Musavat.com xəbər verir ki, yayılan məlumatlara əsasən, “intizam pozuntusu” adı altında cəzalandırılan rus hərbçisi zəncirə bağlanaraq alçaldıcı şəkildə “it” rolunu oynamağa məcbur edilib.

Mənbələrin bildirdiyinə görə, hadisə qeyri-rəsmi cəza üsulu kimi tətbiq olunub və açıq-aşkar psixoloji zorakılıq elementləri daşıyıb. Sosial şəbəkələrdə yayılan məlumatlar geniş rezonans doğurub, hərbi strukturlarda insan hüquqlarının kobud şəkildə pozulduğu barədə müzakirələri yenidən gündəmə gətirib.

Ekspertlər hesab edirlər ki, bu cür hallar tək-tük insident deyil, Rusiya ordusu daxilində uzun illərdir mövcud olan zorakılıq və alçaldıcı münasibətlərin nəticəsidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR