İnsanlara hürriyət, millətlərə istiqlal!

“Həyatımız təhlükədədir...” - Bu qrup xəstənin preparatı niyə yoxa çıxıb?

713 16.02.2026 21:24 Ölkə A A

Azərbaycanda dağınıq sklerozdan əziyyət çəkən xəstələr artıq 3 aydır ki, xəstəliyinin müalicəsində istifadə olunan "Avoneks" adlanan inyeksiya (iynə) vasitəsini ala bilmirlər.

Belə bir şikayətlə Musavat.com-un redaksiyasına Bakı sakini Həsənov Cəbrayıl Həsən oğlu müraciət edib.

Şikayətçi bildirib ki, 2015-ci ildən dağınıq skleroz xəstəliyindən əziyyət çəkir və artıq 3 aydır ki, xəstəliyin müalicəsinə lazım olan iynəni xəstəxanadan ala bilmir: “Bu xəstəlikdən əziyyət çəkən insan kimi Respublika Klinik Xəstəxanasında qeydiyyatdayam. Bizim həyatımız bu iynədən asılıdır, hər həftə vurdururuq ki, beyindəki ocaqlar donsun və xəstəlik inkişaf etməsin.

Bizim inyeksiyanı 3-cü aydır ki, vermirlər. Bundan əvvəl də belə etmişdilər. Mənim kimi yüzlərlə xəstə var. Onların həyatı təhlükədədir. Çünki bizim üçün inyeksiyanın olmaması ölüm deməkdir. Xəstəxanaya gedirəm, həkim deyir ki, dərman yoxdur. Səbəbini soruşuram, onu da cavablamırlar. Bu iynə o qədər bahalıdır ki, sadə vətəndaş öz pulu ilə ala bilmir. Deyilənə görə, 30 min dollar civarındadır.

Bundan əvvəl bir qutunu bir ay istifadə edirdik. Sonra xəstəxanadan dedilər ki, bir qutunu iki ay istifadə edək. Buna da razılaşdıq. İndi isə ümumiyyətlə, vermirlər, deyirlər, yoxdur. Çox çarəsiz vəziyyətdə qalmışıq”.

Musavat.com məsələ ilə bağlı Respublika Klinik Xəstəxana ilə əlaqə saxlayıb. Xəstəxanadan bildirilib ki, aidiyyəti qurumla dəqiqləşdirmə aparılır.

Mövzu ilə əlaqədar TƏBİB-ə sorğu ünvanlamışıq.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR