İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev Benilüks ölkələri XİN-lərinin siyasi direktorları ilə GÖRÜŞDÜ

476 10.12.2025 13:30 Siyasət A A

Belçika, Niderland və Lüksemburq Xarici İşlər nazirliklərinin siyasi direktorları Azərbaycana səfər edib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə Lüksemburq Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Belçika, Niderland və Lüksemburq Xarici İşlər nazirliklərinin siyasi direktorları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüblər.

“Belçika, Niderland və Lüksemburq Xarici İşlər nazirliklərinin siyasi direktorları ölkələrimizin sülh gündəliyinə, konnektivliyə və Azərbaycanda iqtisadi inkişafa töhfə verməsini müzakirə etmək üçün Azərbaycana səfər ediblər. Faydalı müzakirələrə görə Hikmət Hacıyevə, Azərbaycan XİN-ə və Milli Məclisə təşəkkür edirik”, - məlumatda qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR