İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hizbullah"ın komanda mərkəzləri darmadağın edildi – İsrail ordusu görüntüləri yaydı VİDEO

790 10.03.2026 12:54 Dünya A A

İsrail ordusu (ÇAXAL) ötən gecə Livanın cənubunda yerləşən Ənsar kəndi yaxınlığındakı "Hizbullah" qruplaşmasına məxsus komanda məntəqələri və hərbi infrastrukturu hədəf alıb.

Musavat.com xəbər verir ki, ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, bu hücum bazar ertəsi günü "Hizbullah" silahlıları tərəfindən İsrail ərazisinin raket atəşinə tutulmasına cavab xarakteri daşıyıb. Hərbi rəsmilər qeyd ediblər ki, İsrailə atılan raketlərin buraxılış qurğuları məhz Ənsar kəndi ərazisində yerləşdirilibmiş.

Paylaşılan kadrlarda hədəflərin dəqiqliklə vurulması və partlayışların miqyası aydın görünür. İsrail komandanlığı xəbərdarlıq edib ki, ölkə ərazisinə qarşı törədilən hər bir təxribata qətiyyətli və daha sarsıdıcı zərbələrlə cavab veriləcək.



Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR