İnsanlara hürriyət, millətlərə istiqlal!

Hizbullah İsrailə zərbələri davam etdirir

720 09.04.2026 10:02 Dünya A A

Hizbullah İsrailin şimalına raket hücumu elan edib.

Musavat.com xəbər verir ki, məlumat hərəkatın Telegram kanalında açıqlanıb: "Düşmənin atəşkəs sazişini pozmasına cavab olaraq, İslam müqavimət döyüşçüləri 9 aprel 2026-cı il tarixində, cümə axşamı (Bakı vaxtı ilə - TASS) saat 03:30-da Menara yəhudi yaşayış məntəqəsinə (kibuts) raket hücumu həyata keçiriblər. Bu reaksiya ölkəmizə və xalqımıza qarşı İsrail-Amerika təcavüzü bitənə qədər davam edəcək."

Daha əvvəl İsrailin Ynet xəbər portalı Livandan yəhudi dövlətinin şimal hissəsinə atılan raketin uğurla ələ keçirilməsi barədə məlumat vermişdi. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR