Hörmüz boğazından keçid üçün rüsumlar tutulmayacaq.
Musavat.com xəbər verir ki, bunu ABŞ vitse-prezidenti J.D.Vens jurnalist Maykl Noulzla müsahibəsində deyib: "Mən Hörmüz boğazının pulsuz olacağına tam əminəm".
Vensin sözlərinə görə, ABŞ-ın İran üzərində "hələ də İranla bağlı vəziyyətin Amerikanın məqsədlərinə uyğun şəkildə həll olunmasını təmin etmək üçün çoxlu təsiri imkanları var".
Qeyd edək ki, bir müddət əvvəl "The New York Times" qəzeti Omanın ABŞ və digər Qərb ölkələrinə Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etmək üçün rəsmi təklif təqdim etdiyinə dair məlumat yayıb. Qəzetin məlumatına görə, təklifdə gəmiçilik şirkətlərindən boğazdan istifadə üçün xidmət haqqının alınması nəzərdə tutulur.
Musavat.com






