İnsanlara hürriyət, millətlərə istiqlal!

Hoteldə ölü tapılan vəkil bir neçə gün öncə ata olubmuş

1253 06.11.2025 00:47 Hadisə A A

Xəbər verdiyimiz kimi, Yevlaxda hotellərin birində qalan Bakı sakini 1988-ci il təvəllüdlü Elkin Zakir oğlu Kərimlinin meyiti tapılıb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, onun içdiyi dərman həblərindən öldüyü məlum olub.

Qeyd edək ki, 37 yaşlı Elkin Kərimli vəkildir. O, Xətai rayonunda yerləşən "Fortiori" vəkil bürosunun üzvü olub.

Əslən Xızının Tıxlı kəndindən olan vəkil ötən il ailə həyatı qurub.

Onun bir neçə gün öncə qızı doğulubmuş.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR