İnsanlara hürriyət, millətlərə istiqlal!

Hülyanın serialında “donuz əti” səhnəsi müzakirə yaratdı

1489 18.02.2026 21:40 Şou-biznes A A

ATV kanalında yayımlanan “Aynı yağmur altında” serialının ikinci bölümündə yer alan “donuz əti” səhnəsi tamaşaçıların kəskin reaksiyasına səbəb olub.

Musavat.com xəbər verir ki, serialda bir obrazın müsəlman ailəyə donuz əti təqdim etməsi sosial şəbəkələrdə geniş müzakirələr doğurub. Səhnə inanc həssasiyyətləri fonunda sərt tənqid edilib.

“Mühafizəkar–sekulyar qarşıdurması” mövzusu yenidən gündəmdə

Son illərdə əsas axın mediada tez-tez rast gəlinən “mühafizəkar–sekulyar qarşıdurması” mövzulu layihələrə daha biri əlavə olunub. “Aynı yağmur altında” serialının ikinci bölümündə nümayiş olunan yemək səhnəsi bəzi izləyicilər tərəfindən sadəcə bədii seçim kimi deyil, müəyyən həyat tərzinə qarşı yönəlmiş “qaralama kampaniyası” kimi qiymətləndirilib.

Serialda modern və sekulyar həyat tərzini təmsil edən Tülin obrazının müsəlman ailəyə donuz əti ikram etməsi tamaşaçılar tərəfindən sərt dillə tənqid olunub. İddialara görə, bu səhnə sekulyar həyat tərzini seçən şəxsləri “cəmiyyətin əsas dəyərlərindən uzaq”, “hörmətsiz” və hətta “pis niyyətli” kimi təqdim etmək məqsədi daşıyır.

“Modern ailə” obrazına münasibət

Mütəxəssislər bildirirlər ki, seriallarda dünyəvi həyat tərzini mənimsəmiş ailə modelinin davamlı şəkildə “münaqişə yaradan tərəf” kimi təqdim olunması diqqət çəkir. Onların fikrincə, bu cür yanaşmalar cəmiyyətdəki qütbləşməni daha da dərinləşdirir və müasir həyat tərzinin “inancsızlıq” və ya “düşmənçilik” kimi qələmə verilməsi təhlükəli ictimai rəy formalaşdıra bilər.

Sosial şəbəkələrdə reaksiyalar

Səhnə ilə bağlı paylaşımlarda təkcə dini həssasiyyətlər deyil, həm də sekulyar vətəndaşların haqsız şəkildə hədəf göstərilməsi məsələsi ön plana çıxıb. Bir çox istifadəçi “Real həyatda heç bir sekulyar ailə qonağının inancını bildiyi halda onun qarşısına qadağan olunmuş yemək qoymaz. Bu, sadəcə sekulyar kəsimi ‘canavar’ kimi göstərmək cəhdidir” fikrini bölüşüb.

Könül

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR